Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyəyə qarşı əməliyyatda iki islam ölkəsi… – Çavuşoğlu

“Çalxalanmanın arxasında “bəzi müsəlman ölkələri” dayanır”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkədə baş verən “dollar əməliyyatı”nın arxasında duran ölkələri açıqlayıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə nazir “A Xəbər”in canlı yayımında danışıb. Çavuşoğlu valyuta bazarındakı çalxalanmanın arxasında “bəzi müsəlman ölkələrinin” dayandığını bildirib.

“15 iyul çevriliş cəhdi uğursuzluğa düçar olduqdan sonra Türkiyəni iqtisadiyyatla necə yıxa biləcəkləri barədə fəaliyyətə başladılar. Ancaq biz görülən tədbirlərlərlə iqtisadiyyatımızın bu hücumlardan ən az ziyanla çıxmasını təmin etdik. Bu işin içində ölkələr də, maliyyə qurumları da, faiz lobbisi də var. Ölkələr arasında bəzi müsəlman ölkələr də yer alır. Burada ölkə adı çəkməyəcəm, sadəcə, ümumi çərçivə qeyd etmək istədim”, – Çavuşoğlu deyib.

Xatırladaq ki, Türkiyə mətbuatının “dollar əməliyyatı” adlandırdığı hadisə zamanı dollar Türkiyədə tarixi maksimuma yüksəlib. “Amerikan Enterprayz” analitik mərkəzinin tədqiqatçısı Maykl Rubin açıq şəkildə olmasa da, valyuta bazarında baş verən çalxalanmanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdırmağa yönəlik provokasiya olduğuna eyham vurub.

Türkiyə mediası M.Çavuşoğlunun işarə etdiyi müsəlman ölkələrinin Səudiyyə Ərəbistanı və BƏƏ olduğu barədə ehtimalla çıxış edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...