Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkləri təhqirə etiraz etdiyi üçün həbs edilən gənc azadlıqda

Məhəmməd Nəcəfi 6 ay həbsdən sonra azadlığa buraxıldı.

Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Nəcəfi 6 ay həbsdən sonra Təbrizin mərkəzi zindanından 16 noyabrda azadlığa buraxılıb.

Din.az xəbər verir ki, M.Nəcəfi 2015-ci il noyabrın 20-də Təbrizin Yadigare İmam stadionunda “Traxtur” komandası ilə “Siyah cameqan”ın görüşü zamanı bir neçə fəalla birlikdə saxlanılıb.

Azərbaycanlı fəal Təbriz məhkəməsi tərəfindən ictimai asayışı pozmaq ittihamlı ilə təqsirləndirilib və bir il həbs cəzasına məhkum edilib, lakin Apelyasiya Məhkəməsi həbs cəzasını 6 aya qədər endirib. O, 2017-ci il 5 iyunda həbs edilmişdi.

Qeyd edək ki, sözügedən futbol yarışı zamanı stadionda təxminən 15 min tamaşaçı İran Teleradio Şirkətinin türkləri təhqir etməsinə etiraz əlaməti olaraq şüarlar səsləndiriblər. // Axar.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...