Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilib

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda dəyişikliklər edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov yeni qüvvəyə minən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Din.az-ın bildirdiyinə görə, R.Cəbrayılov “Report”a açıqlamasında deyib ki, bu qanunun pozulmasına dair cərimələr İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsində əksini tapıb.

Deputat qeyd edib ki, həmin maddə məcəllədən çıxarılmayıbsa, deməli, qüvvədədir: “Məcəllənin 212-ci maddəsi qüvvədən düşmüş “Tütün və tütün məmulatı haqqında” qanuna aid olsa da, ümumilikdə, tütünün neqativ təsirlərinə qarşı mübarizə ilə bağlıdır. Bu maddə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməmişdən əvvəldən mövcuddur. Sadəcə olaraq, zərurət yaranarsa, maddənin dispozisiya və sanksiya hissəsini yeni qanuna uyğunlaşdırmaq olar”.

Deputat bildirib ki, müxtəlif iaşə obyektlərində təklif edilən qəlyana bu maddənin tətbiq olunub-olunmaması ilə bağlı ziddiyyətli fikirlər var: “Əgər həmin qəlyanda istifadə olunan tütün məmulatıdırsa, sözsüz ki, bu əməl də həmin maddənin təsiri altına düşür. Ümumiyyətlə, bu qanun tütün məmulatlarından istifadə etməyən insaların, habelə tütün məmulartlarından istifadə edən insanların da sağlamlıqlarının qorunması məqsdini güdür. Hər kəs yaxşı bilir ki, nəinki aktiv, hətta passiv siqaret çəkmə də, yəni siqaret tüstüsü ilə nəfəs alma da orqanizm üçün kifayət qədər zərərlidir. Buna görə də qanun hüquqi şəxslərə siqaret çəkmək üçün xüsusi qapalı yerlərin yaradılmasını bir vəzifə olaraq qarşıya qoyur. Bu halı yaratmaq mümkün olmadıqda, siqaret açıq havada çəkilməlidir. Cəmiyyətin bu qanuna reaksiyasına baxılmalıdır. Məsələn, dəniz səyahəti zamanı katerlərdə, üstüaçıq nəqliyyat vasitələrində, böyük vestibüllərdə və s. məkanlarda siqaret çəkilməsi həmin maddə ilə cərimələnməyə səbəb olub-olmayacağı barədə müxtəlif fikirlər səslənir. Bununla bağlı qanunda birmənalı olaraq “qapalı məkanlar” və “açıq hava” ifadələrindən istifadə edilir. Yaxşı bilirsiniz ki, hər bir təsisat kimi, qanun da tətbiq prosesində müsbət və mənfi cəhətlərini büruzə verir. Sözsüz ki, cəmiyyətin inkişafı, habelə qanunun tətbiqinə cəmiyyətin reaksiyası özü də qanunda dəyşikliklərin edilməsinə səbəb olan hallardandır. Bu qanunun da tətbiqində zəruri hallar meydana çıxarsa, parlament çevik şəkildə müdaxilə edəcək”.

Xatırladaq ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə mindikdən sonra qanun cərimə mexanizminin olmaması barədə fikirlər səslənib. Əsas kimi də İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinin qüvvədən düşmüş “Tütün və tütün məmulatı haqqında” qanuna aid edildiyi qeyd olunur.

Qeyd edək ki, həmin maddəyə əsasən, məcəllənin 299-cu (Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 100 manat məbləğində cərimə edilir), 305-ci (Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat məbləğində cərimə edilir), 306.4-cü (Metrostansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat məbləğində cərimə edilir), 318-ci (Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40manat məbləğində cərimə edilir) 322.0.4-cü (Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan əlli manatadək məbləğdə cərimə edilir) maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...