Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“Tütündən imtina et” mobil aplikasiyası təqdim olunub

“Hazırda əsas məqsəd Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasıdır”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatı olub.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev deyib ki, əsas məqsəd əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirməkdir.
O qeyd edib ki, hazırda əsas məqsəd Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı isə tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğulayıb.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi artıq effekt verir, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirilir.

T.Musayev qeyd edib ki, Azərbaycanda tütündən istifadədə azalma müşahidə edilir: “Aparılan tədqiqatlar nəticəsində 10 faizədək 13-15 yaş gənclər arasında tütünçəkmə hallarına rast gəlinib. Bu göstərici qonşu ölkələrlə eynidir”.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ÜST-nin ölkə ofisinin dəstəyi ilə yaradılan “Tütündən imtina et” mobil applikasiyası barədə geniş məlumat verib: “Mobil əlavəni işə salanda buraya gündə çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Sonra proqram tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərəcək. Proqramda nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat və digər faydalı informasiyalar da mövcuddur”.

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə tütünlə mübarizə sahəsində maarifləndirmə işinin təşkili və bu istiqamətdə həyata keçirilmiş tədbirlərdən söz açıb.

Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən tütün əleyhinə marifləndirici materiallar təqdim olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...