Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Twitter”dən Ramazanla bağlı “hashtag”lər

Ramazan ayı üçün xüsusi yeniliklər…

“Twitter” sosial şəbəkəsi Ramazan ayı üçün xüsusi “hashtag”lər və rəmzlər hazırlayıb.

Din.az Türkiyənin “teknokulis.com” saytına istinadən xəbər verir ki, “Twitter” vaxtaşırı istifadəçiləri üçün xüsusi “hashtag”lər hazırlayır.

Bu il istifadəçiləri üçün daha gözəl və xoş Ramazan mühiti yaratmaq üçün müxtəlif addımlar atan “Twitter” bir çox yeniliklərə imza atıb. Bunlardan biri də türk dilində “#Ramazan” “hashtag”i ilə birlikdə istifadə olunacaq “#Ramazan” mövzulu rəmzdir.

“#Ramazan” yazışmalarını daha əyləncəli etmək üçün Ramazan mövzusunda yeni rəmzlər bu müqəddəs ay boyu “Twitter”də istifadə olunacaq. Ramazanın qeyd edildiyi digər ölkələrdə də insanlar öz dillərində “hashtag”lər və rəmzlərdən istifadə edə biləcəklər. Aşağıdakı “hashtag”lərdən hər hansı birini yazışmalarınıza əlavə etdiyiniz zaman həmin ifadələrin yanında hilal işarəsinin çıxdığını görəcəksiniz:

 

  • #Ramadan
  • #Ramazan
  • #Ramadhan

Ramazanın mədəni ruhunu əks etdirən fənər görüntüsü isə hazırlanan rəmzlərdən biridir. “Fənər” mənasına gələn “lantern”dən istifadə edərək “hashtag”lərinizdə fənər rəmzini görə bilərsiniz. #Ramadan_lantern “hashtag”inizlə fənər rəmzi yazılarınızda görünəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...