Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Üç ayə və 3 səbəbi

Üç ayə və 3 səbəbi… Həyatınıza şəhvət hakim olmağa başlayıbsa, namazlarınızı gözdən keçirin. Çünki Allah (c.c) belə buyurdu: “Onlardan sonra bir qrup gəldi, namazlarına laqeyd yanaşdı və beləcə şəhvətə tabe oldular”. (Məryəm, 59) Uğursuzluq və şekavət (zorakılıq, bədbəxtlik) hiss etməyə başladınızsa, ananızla münasibətlərinizi nəzərdən keçirin. Allah (c.c) belə buyurur: “İsa peyğəmbər dedi ki, anama qarşı […]

Üç ayə və 3 səbəbi…

  1. Həyatınıza şəhvət hakim olmağa başlayıbsa, namazlarınızı gözdən keçirin. Çünki Allah (c.c) belə buyurdu: “Onlardan sonra bir qrup gəldi, namazlarına laqeyd yanaşdı və beləcə şəhvətə tabe oldular”. (Məryəm, 59)
  2. Uğursuzluq və şekavət (zorakılıq, bədbəxtlik) hiss etməyə başladınızsa, ananızla münasibətlərinizi nəzərdən keçirin. Allah (c.c) belə buyurur: “İsa peyğəmbər dedi ki, anama qarşı mərhəmətli oldum, Allah da mənə zorakılığı qıymadı”.
  3. Darlıq və sıxıntı hiss edirsənsə, Quranla əlaqəni nəzərdən keçir. Allah (c.c) buyurur: “Kim Quranımdan üz çevirirsə, ona dar bir həyat vardır”. (Taha, 124)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...