Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“ÜÇ İŞDƏN ÖTRÜ ƏRƏBLƏRİ SEVİN” DEYƏ BİR HƏDİS VARMI?

Cənnətdə hansı dilin danışılacağı mövzusunda Quranda və səhih sünnədə bir sübüt yoxdur.

Sual: “Muhəmməddən (s) “Mən Ərəbəm. Cənnətin dili də ərəb dilidir”, -deyə bir hədis eşitdim”… -bu rəvayət nə dərəcədə düzgündür?


Cavab: Bəzi hədis kitablarında olan rəvayət belədir:

أحبوا العرب لثلاث لأني عربي والقرآن عربي وكلام أهل الجنة عربي

“Bu 3 işdən ötrü ərəbləri sevin: Çünki mən ərəbəm, Quran ərəbcədir və cənnətdəkilərin dili ərəb dilidir”.1

Əhməb b. Hənbəlin bu rəvayəti “zəif” gördüyü, Uqaylinin “münkər” “əsli yoxdur”, Zəhəbinin isə “saxta” dediyi qeyd edilib.

Mühəddislərin (hədisçilərin) istər bu ifadələri, istərsə də fərqli rəvayətlərin gəldiyi yollarla əlaqədar qiymətləndirmələri haqqında ətraflı məlumat üçün baxın: Heysəmi, Məcmauz-Zəvaid”, 10-cu cild, s. 25; Zəhəbi, Təlxisu Kitabil-Məvzuat”, 1-ci cild, s. 92; Suyuti, “əlLəalil-Masnua”, 1-ci cild, s. 404-405; Fəttani, Təzkirətul-Məvzuat”, 1-ci cild, s. 112; İbn Ərrak, Tənzihüş-Şəria”, 2-ci cild, s. 30-31; Şəvkani,“əl-Fəvaidul-Məcmua”, s. 413; Acluni, Kəşful-Xəfa”, 1-ci cild, s. 54-55.

Həmçinin, cənnətdə hansı dilin danışılacağı mövzusunda Quranda və səhih sünnədə bir sübüt yoxdur. Bu səbəbdən, yuxarıdakı rəvayətə baxaraq bu mövzu haqqında danışmaq doğru deyil.


  1. Hakim, “əlMüstədrək”, 4-cü cild, s. 87, Beyhəqi,Şuabul-İman”, 3-cü cild, s. 3

MÜZAKİRƏ

2 şərh “ÜÇ İŞDƏN ÖTRÜ ƏRƏBLƏRİ SEVİN” DEYƏ BİR HƏDİS VARMI? üçün

  1. Sevinc dedi:

    HƏDDİNDƏN ARTIQ CANFƏŞANLIQ OLAN YERDƏ YALAN OLUR. (ƏBÜL FƏRƏC)

  2. ramazan dedi:

    peyqemberin adindan yalan danishan cehennemde yerini hazir bilsin

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...