Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ucarda xristian qəbristanlığı zibilxanaya çevrilib

Ucarda xristian qəbristanlığını zibilxanaya çeviriblər. “Din.az”ın “azərbaycanİnfo.az”a istinadən verdiyi məlumata görə, Vasif Abdullayev adlı şəxs bildirib ki, vəziyyət uzunmüddətdir belədir və müvafiq dövlət qurumları problemi aradan qaldırmaq əvəzinə, hər şeyə göz yumurlar. O qeyd edib ki, son dövrlər isə xristian qəbristanlığındakı qəbirlərin arasında zibil quyuları da qazmağa başlayıblar. Bəzi qəbirlərin üzərindəki xaçlar isə sındırılıb. «Bu […]

Ucarda xristian qəbristanlığını zibilxanaya çeviriblər.

“Din.az”ın “azərbaycanİnfo.az”a istinadən verdiyi məlumata görə, Vasif Abdullayev adlı şəxs bildirib ki, vəziyyət uzunmüddətdir belədir və müvafiq dövlət qurumları problemi aradan qaldırmaq əvəzinə, hər şeyə göz yumurlar.

O qeyd edib ki, son dövrlər isə xristian qəbristanlığındakı qəbirlərin arasında zibil quyuları da qazmağa başlayıblar. Bəzi qəbirlərin üzərindəki xaçlar isə sındırılıb. «Bu qəbirsanlıqda qəbir üstü xaçlar sındırılıb, qəbirlərin ətrafında olan məhəccərlər sökülərək götürülüb».

Vasif Abdullayev bildirir ki, Ucar rayonunda multikultural dəyərlər mövzusunda davamlı olaraq keçirilən görüşlər əsasən reklam xarakteri daşıyır və yuxarılara hesabat vermək məqsədi güdür. «Ucar rayonunda idarə və bələdiyyələrdə işləyən fəhlələri, hətta yaşlı qocaları toplamaqla kolxoz iclaslarına bənzər iclas keçirib 5-10 foto çəkməklə iş gördüklərini zənn edirlər. Hətta iş o yerə çatıb ki, bu kolxoz iclaslarının birində yaşlı mollaları yığaraq fotolar çəkilib və sonrada bəzi KİV-lərdə xəbər yayımlanıb ki, bəs, rayonda gənclərin iştirakı ilə multikultural dəyərlər mövzusunda görüş keçirilib. Elə həmin görüşdəndə çəkilən fotolarda qoca babaları gənc kimi təqdim etməkdən belə utanmayıblar».
Vasif Abdullayev deyir ki, bu maarifləndirmə tədbirləri düzgün aparılsaydı, Ucardakı xristian qəbristanlığı zibilxanaya çevrilməzdi. «Bütün bunları isə qəbirsanlığın yerləşdiyi Ərazi İcra Nümayəndəliyi görür, lakin heç bir reaksiya vermir. Kimə metal məhəccər lazım olursa, xaçpərəst qəbirsanığına gedir ki, oradan söküb götürsün».

1464676068_1464673271_1

1464676087_1464673370_3

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir