"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Qaynar Xəbərlər

Ukrayna kilsəsinin azadlığı üçün İstanbula müraciət etdi – VİDEO

Share Button

Ukrayna artıq Rusiyanın nə siyasi, nə də dini müstəmləkəsi olmaq istəmir

Ukrayna Rusiya kilsəsindən ayrılmaq üçün İstanbula müraciət etdi.

Belə ki, Ukrayna Ali Radası Konstantinapol arxiyepiskopu patriarx Varfolomeyə müraciət edərək ondan Ukrayna Provoslav kilsəsinin müstəqilliyi barədə qərar qəbul etməsini istəyib.

Müraciətdə, 1686-cı ildə qaydalara zidd şəkildə Kiev kilsəsinin Moskva patriarxlığına bağlandığını bildiriblər. 2014-cü il hadisələrindən sonra Ukrayna artıq Rusiyanın nə siyasi, nə də dini müstəmləkəsi olacaq.

Parlamentarilər hesab edir ki, Ukrayna provoslav kilsəsi artıq müstəqil kilsə kimi fəaliyyətə hazırdır.

Xatırladaq ki, dünya provoslavlarının dini liderinin iqamətgahı İstanbulda yerləşir.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir