Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ümrəyə gedən ziyarətçilərimizdən xəbər var

“Azərbaycandan 70 nəfərlik zəvvar qrupu Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib. Hazırda Məkkə və Mədinə şəhərlərində olan zəvvarların vəziyyəti yaxşıdır”. “Din.az” xəbər verir ki, bunu “report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Hacı Həmdulla Babayev bildirib. Onun sözlərinə görə, Azərbaycandan gedən zəvvarlar ziyarətlərini başa vurduqdan sonra dekabrın 22-də Vətənə qayıdacaqlar. QMİ nümayəndəsi deyib ki, Ümrə […]

“Azərbaycandan 70 nəfərlik zəvvar qrupu Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib. Hazırda Məkkə və Mədinə şəhərlərində olan zəvvarların vəziyyəti yaxşıdır”.

“Din.az” xəbər verir ki, bunu “report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Hacı Həmdulla Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycandan gedən zəvvarlar ziyarətlərini başa vurduqdan sonra dekabrın 22-də Vətənə qayıdacaqlar.

QMİ nümayəndəsi deyib ki, Ümrə ziyarətinə gedənlər arasında qadınlar üstünlük təşkil edirlər: “Hazırda ziyarətdə olanların 60 faizi qadın, 40 faizi isə kişilərdir”.

Qeyd edək ki, bu il Ümrə ziyarətinə gedənlər üçün xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait müəyyənləşdirilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...