Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ümumdünya Dağ Yəhudiləri Konqresi BMT yanında QHT statusu aldı

Ümumdünya Dağ Yəhudiləri Konqresi Zaur Tair oğlu Gilalov tərəfindən təsis edilib.

Moskvada BMT-nin İnformasiya Mərkəzində Ümumdünya Dağ Yəhudiləri Konqresinin BMT yanında QHT statusu və bu beynəlxalq qurumun İqtisadi və Sosial Şurası yanında məşvərətçi statusu alması münasibətilə rəsmi qəbul keçirilib.


Din.az APA-ya istinadən bildirir ki, qəbulda BMT-nin İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov, Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Akif Gilalov, Rusiyanın Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovski, habelə Rusiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri çıxış ediblər. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, İordaniya səfiri Ziad Xəzər Saleh Al Macali, İspaniya Krallığının səfiri İqnasio İbanez Rubio, Yunanıstan səfiri Andreas Friqanas, Fələstin səfiri Abdel Hafiz Nofəl, Özbəkistan səfiri Bahrom Əşrəfxanov və digərləri olub.

Tədbirə Prezident Administrasiyasının rəhbər şəxsləri, hökumət rəsmiləri, QHT və bütün dinlərin nümayəndələri, mədəniyyət xadimləri, o cümlədən İosif Kobzon həyat yoldaşı ilə qatılıb.

Rəsmi qəbul zamanı Ümumdünya Dağ Yəhudiləri Konqresinin təsisçisi Zaur Gilalovun xatirəsinə ithaf olunmuş film nümayiş olunub.

Tədbir mədəni hissə ilə davam etdirilib.

Qeyd edək ki, Ümumdünya Dağ Yəhudiləri Konqresi 2003-cü ildə həmvətənimiz görkəmli iş adamı və ictimai xadim, həyatı boyu bütün dünyada yaşayan dağ yəhudiləri icmasını birləşdirmək üçün böyük əmək sərf edən Zaur Tair oğlu Gilalov tərəfindən təsis edilib. Konqresin missiyası – müxtəlif ölkələrdə yaşayan Dağ yəhudiləri arasında əlaqələri möhkəmləndirmək, xalqların sülh, tolerantlıq, tərəqqi, mədəni və humanitar sahələrdə inkişafını təşviq etməkdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...