Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ümumilli lider Heydər Əliyevi aşağılayan Hacı Əbdül kimin qoynuna sığınıb? – VİDEO

Kimdir İran nəfəsi ilə, yad şivəsiylə danışan Hacıya meydan verən?

Rəhmətlik Heydər Əliyev heç nəyi boşuna deməzdi, üstəgəl, dedikləri də həmişə düz çıxırdı.

Bir dəfə çoxunuzun xatırladığı məlum çıxışında tarixə möhür kimi düşən bir söz dedi, ifadə üçün bundan uğurlusunu da tapmaq olmur.

“Meymun…”

Yaxın 90-cı illərin qarmaqarışıqlığında sui-istifadəçilərin əlindən tərpənmək mümkün deyildi, ölkənin taleyi ilə bazarlıq edən kim, milli hissləri istismar edən kim, Qarabağda torpaq satıb, gün-güzəran quran kim, milli məclisi tanklarla tutub, böyük şəhərləri qiyam yuvasına çevirənlər kim…

O zamanın şedevr əsərləridən birini Sadıq Elcanlı yazıb: “Qanlı quzğun” meydanı, “Gənclik” jurnalında hissə-hissə yayınlanırdı, dövrü üçün satış rekordu qırır, milyonlarla insanın düşündüklərini ifadə etdiyi üçün…

Bax, o cür faciələri içində özünə “toy tutan” yüzlərlə “moşennik”, alverçi təfəkkürü ilə Mütəllibovun “patava”sının bağını bənd edən, 20 yanvar şəhidliyinin və vətən üçün qurban gedənlərin üstündən maddi maraqlarını quranlardan biri də zamanın lağlağı siması Hacı Əbdül kişidir.

Başa qayıdaq, mərhum Heydər Əliyevin dediyi kimi…

“Tribundan düşən kimi oraya əcaib bir adam çıxdı, bağışlayın ki, bunu demək düz çıxmır, meymuna oxşayan bir adam çıxdı, uzun illərdir rəhbər vəzifələrdə işləmişəm, bunu görməmişdim. Soruşdum bu kimdir, dedilər ki, bazarda göysatandır. Çıxış edir ki, yazıq Mütəllibov kimin toyuğuna kiş deyib, sonradan məlum olur ki, bu Mütəllibov gör kimə möhtac qalıbmış. Maştağanın əsil dindarları dedilər ki, bu adam yaramaz və narkomandır. İndi bu şəxs və bunun kimilər Azərbaycanı parçalamaq, Naxçıvana zərbə vurmaq istəyirlər”.

İndi çatdıq, məsələnin naməlum yerinə…

Hacı Əbdül keçmiş millət vəkili, Tövbə cəmiyyətinin sədri, indi isə dini fəaliyyət göstərərək, İmam Hüseyn məscidinə axundluq edir.

İmam Hüseyn Məscidi Məscid 1890-cı illərdə xeyriyyəçi Hacı Hacıbaba tərəfindən inşa olunmuşdur. Bolşevik çevrilişindən sonra məscid bir müddət bağlı qalmışdır. Lakin sonralar yenidən açılmış və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təmir edilmişdir. Hazırda İmam Hüseyn məscidi adlandırılan ibadət ocağında dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

Dini komitədən sorğumuza verilən cavab da elə bu cürdür:

Sorğunuzla əlaqədar bildiririk ki, İmam Hüseyn məscidində fəaliyyət göstərən dini icma Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 01.03.2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Məscid tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.

Tarixi abidəni ibadət yerinə təkar çevirmək doğru, hətta alqışlanası bir addımdır. Amma o məkanı sui-istifadə üçün yararlananların yerinin də bura olması üzücüdür.

Adı daim dini şarlatanlıqla, siyasi savadsızlıqla, məntiqsiz açıqlamalarıyla gündəmə gələn sözügedən şəxs son günlər birdən-birə qaranlıq dünyadan qayıdan ölülər kimi – El təbirincə desək, xortladı.

Son vaxtlar din haqqındakı islahatçı fikirləri ilə gündəmə gələn ilahiyyatçı Elşad Mirinin Merac hadisəsinin olmaması fikri məscid üzvlərini falaqqa ilə cəzalandıran Axundu özündən çıxarıb və ilahiyyatçını “Şeytan” elan edib.

Məlumdur ki, ağsaqqal dini bilmir, çünki ilahiyyatçının dini kitablardan gətirdiyi istinadın əvəzinə bazar təfəkkürü, qandal, çomaq frazları istifadə edir.

Bu mövzunu bağlayaq, bəs sizcə, bu şəxsə 30 ildən sonra dirilməyə kim iksir verir və Heydər Əliyev kimi dahi dövlət adamının qiymətini yazdığı gündəliyin səhifələrini kim cırır?

Haclı Əbdül Qafqaz Müsəlmanlarına aid dini təşkilatın rəsmi rəhbəri olur, Vətən Naminə Xalq Birliyi Hərəkatını yaradıb, 2018-ci il prezident seçkilərində Mehriban xanımın namizədliyinin irəli sürülməsi ilə bağlı təşəbbüs irəli sürür.

Kimdir İran nəfəsi ilə, yad şivəsiylə danışan Hacıya meydan verən?

Kimdir üsündə tapança özünü quldur kimi aparan Hacını, millət vəkili edən şəxs?

Kimdir Hacı Əbdül ki, rəhbərlik etdiyi “Tövbə” cəmiyyəti o zaman xalq hərəkatının rəhbərliyinə Mütəllibovun və KQB-nin direktivi ilə divan tutub?

Kimdir Hacı Əbdül ki, ölkənin vicdanı sayılan Milli Məclisdə Heydər Əliyevi aşağılayır, indi isə onun ənənlərini davam etdirən siyasi xəttə xidmət üçün münbit şərait əldə edə bilir?

Sualımızın daha bir hissəsini cavab tapmaq ümidi ilə Qafqaz Müsəlmanları İdarəsinə ünvanlayırıq:

“Salam, mətbuat nümayəndəsi kimi suallarımızı cavablandırmağınızı rica edirik:

“Məscidin Axundu Hacı Əbdül ümumilli lider Heydər Əliyevlə bağlı neqativ düşüncədə olan və bunu dilə gətirən şəxsdir, bu şəxs haqqında Heydər Əliyevin də fikirləri var – belə bir şəxsi məscidin imamı kim təyin edir, seçir və ya orda mühafizə edir?”

Üstündən 5 gün keçib, amma QMİ mətbuat orqanının suallarını görməzdən gəlir, cavablandırmır.

Qeyd: Mövzuya qayıdacağıq

A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...