Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Urmiyada Azərbaycan Mədəniyyət Ocağı fəaliyyətə başlayır

Urmiya Universitetində “Azərbaycan Mədəniyyət Ocağı” açılır.

Urmiya Universitetində “Azərbaycan Mədəniyyət Ocağı”nın fəaliyyəti üçün ali təhsil müəssisəsinin rəhbərliyindən lisenziya alınıb.

Din.az xəbər verir ki, azərbaycanlı tələbələr bundan əvvəl qurumun fəaliyyətə başlaması üçün universitet rəhbərliyinə müraciət ediblər. Artıq universitetin mədəniyyət bölümü tələblə bağlı razılıq verib.

“Azərbaycan Mədəniyyət Ocağı” Azərbaycanla bağlı ictimai-mədəni sahədə fəaliyyət göstərmək istəyən tələbələri quruma cəlb etməkdədir. Qurumun rəyasət heyəti üzvlərinin yaxın gələcəkdə seçiləcəyi bildirilir. / Kult.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...