Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Urmiyada etiraz: “Azərbaycan” şüarı səsləndirildi – Video

Cənubi Azərbaycanda “Azərbaycan yaşasın”, “Azərbaycan var olsun” şüarları səsləndirildi.

Bu gün Urmiya şəhərində İran və Kanadanın voleybol yığmalarının görüşü keçirilib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, oyun Təbriz vaxtı ilə 18:30-da başlanıb.

İranın asayiş qüvvələri oyunu izləməyə gələn azarkeşlərdən “Traktor” futbol komandasının bayraqlarını müsadirə edib.

Lakin stadion ətrafında Tehranın “Persopolis” və “İstiqlal” komandalarının bayraqlarının satılmasına şərait yaradılması soydaşlarımızın etirazına səbəb olub və onlar “Azərbaycan yaşasın”, “Azərbaycan var olsun” şüarları səsləndiriblər.

Qeyd edək ki, ötən gün yarış üçün gələn Kanada, Polşa (Ləhistan) və Rusiya komandaları Təbrizin hava limanında kürd və erməni dilində danışan uşaqlar tərəfindən qarşılanmışdı və bu da etirazlara səbəb olmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...