Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

UŞAĞIN QIZ VƏ YA OĞLAN OLMASI KİMDƏN ASILIDIR? – QURANDAN VƏ TİBBDƏN DƏLİLLƏR

“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir”.

Son günlərdə Lənkəranda 6 günlük körpənin qıyıqla öldürülərək su quyusuna atılması hadisəsi Azərbaycan mediasını silkələdi. Araşdırmalardan sonra məlum oldu ki, 6 günlük körpənin canına qəsd edən nənəsi imiş. Buna səbəb də ikinci nəvəsinin də qız olmağı olub.

Bilməyənlərə xatırladım ki, indi XXI əsrdir. Nə qul dövrüdür, nə də quldarlıq. Orta əsrlərdə də yaşamırıq. Texnologiyanın inkişaf etdiyi, millətin Yerdən bezib, artıq Göydə məskunlaşmağa hazırlaşdığı bir zamandayıq. Bu cür cahil məsələlərlə məşğul olmaq ancaq və ancaq özümüzə ziyan verə bilər.

Bilməyənlərə xatırladım ki, indi 21-ci əsrdir. Nə qul dövrüdür, nə də quldarlıq. Orta əsrlərdə də yaşamırıq. Texnologiyanın inkişaf etdiyi, millətin Yerdən bezib, artıq Göydə məskunlaşmağa hazırlaşdığı bir zamandayıq. Bu cür cahil məsələlərlə məşğul olmaq ancaq və ancaq özümüzə ziyan verə bilər.

“Qiyamə” surəsi, 36-39-cu ayələr:

“Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o (ata belindən ana bətninə) tökülən bir qətrə məni (nütfə, sperma) deyilmi? Sonra laxtalanmış qan (qapalı qalan bir şey, rüşeym, embrion) oldu və Allah onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cift (həmtay) yaratdı”.

“Şüəra” surəsi, 49-50-ci ayələr:

“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir”.

“Fussilət” surəsi 47-ci ayət:

Mayalanma zamanı uşağın cinsiyyətini təyin və təsbit edən qüdrətli bir əl vardır ki, o da məhz Allah-təaladır. Qurani-Kərimin buyurduğu kimi, “bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur” (“Ali-İmran” surəsi, 6). Və ya “O bilmədən heç bir meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz”.

Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmaması təsdiqləndi.

Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.

Qadının yumurtalığı hər ay bir yumurta verir. Kişi (erkək) isə hər cinsi təmasda 25 və ya 26 milyon spermatozoid ifraz edir. Onlardan yalnız bir dənəsi dişi yumurtalığın içinə girməyi bacarır, qalanları isə ifraz edilir. Kişinin ifraz etdiyi nütfə (spermatozoidlər) erkəklik və dişilik xüsusiyyətləri daşıyır. Əgər yumurtaya aktiv təsir göstərən (onu mayalandıran) spermatozoid dişilik xüsusiyyətləri daşıyırsa, rüşeym dişi (qız), erkəklik xüsusiyyətləri daşıyırsa, rüşeym erkək (oğlan) olur.

Müasir elmin təsdiq etdiyi bu həqiqət haqqında Qurani-Kərim 14 əsr bundan əvvəl xəbər verib. “Ana bətninə düşən uşağın oğlan, yaxud qız olmasında əsas səbəb erkəyə (kişiyə) aid olan ərlik suyudur”.

İndi bu cür sadə bir məlumatdan bixəbər olanlara Allah hidayət versin.

Din.az A24.Az-a istinad edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...