Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Üsamə Bin Ladenin oğlu terror siyahısına salındı

Share Button

ABŞ şirkətləri və vətəndaşlarının Bin Ladenlə ticarət aparması qadağan olunub.

 

ABŞ hökuməti əl-Qaidə təşkilatının lideri olmuş Usamə Bin Ladenin oğlu Həmzə Bin Ladeni də terrorçular siyahısına əlavə edib.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Xarici İşlər Nazirliyindən verilən açıqlmada, əl-Qaidənin keçmiş lideri Usamə Bin Ladenin oğlunun terrorçular siyahısına əlavə etdiyi qeyd edilib.

pg-19-bin-laden-3

Açıqlamada Həmzə Bin Ladenin terror hadisələrində iştirak etdiyi irəli sürülüb. Həmzə Bin Laden, 2015-ci ildə yayımlanan səsyazısında özünü rəsmi olaraq əl-Qaidə təşkilatının üzvü kimi təqdim edib.

Gənc Bin Ladenin terrorçular siyahısına əlavə edilməsilə birlikdə bəzi qadağalar da qoyulub. ABŞ şirkətləri və vətəndaşlarının Bin Ladenlə ticarət aparması qadağan olunub.

osama-e-hamza-bin-laden-699655

ABŞ-ın Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, Həmzə Bin Laden 1989-cu ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünyaya gəlib. Digər məlumata əsasən isə o 1991-ci ildə dünyaya gəlib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir