Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Uşaqlara təcavüz edən rahib saxlanıldı

Danimarka polisi valideynlərə müraciət etdi…

Danimarkada qız və oğlan uşaqlarına təcavüz etdiyi iddiası ilə iyun ayında 46 yaşlı bir rahib nəzarət altına alınıb.

“Din.az” xəbər verir ki, Danimarkanın Kalundborq və Qərbi Sjalland bölgəsində xidmət etdiyi bildirilən 46 yaşlı rahib, qız və oğlan uşaqlarına təcavüz etməkdə təqsirləndirilərək saxlanılıb.

Rahibin iyun ayından bəri nəzarət altında olduğu, lakin Danimarka polisinin istintaqı zamanı ictimaiyyətdən yeni məlumatlar əldə etmək məqsədi ilə istintaqı şəhər sakinlərinə açıqladığı öyrənilib.

Danimarka Polisi İstintaq Komissarı Ove Pedersen verdiyi yazılı açıqlamada, “danimarkalı ana və ataların uşaqları ilə söhbət etmələrini istəyirik. Təcavüzə məruz qalan qurbanlar ilə danışmaq istəyirik” deyib.

Təcavüzdə şübhəli bilinən rahib həm qız, həm də oğlan uşaqlarına təcavüz etməkdə şübhəli bilinir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...