Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Uşaqları internet qəfəsindən mütailə dünyasına yönləndirmək lazımdır”

F.Mustafa: “Məktəblərin qapısını uğurlu insanlara açmaq lazımdır”.

Xalq şairi Sabir Rüstəmxanlının sözlərini qəribçiliyə salmaq olmaz. Orta və ali məktəblər tamamilə ideoloji qapalılıq içində olduğuna görə orada uşaqların bədii zövqünün formalaşmasına faydalı olacaq addımları atmaqdan əksər hallarda məktəb direktorları da, rektorlar da çəkinirlər. Neçə dəfə cəhd etsə də xalq şairi məktəb auditoriyasında şagirdlərlə, tələbələrlə görüşlərə buraxılmır. Yalnız bir şairdən, yazardan söhbət getmir, xüsusilə də orta məktəblərdə uşaqların dünyagörüşünün inkişafı baxımından faydalı olacaq hər bir görüşdən yararlanmaq lazım. Son vaxtlar bildiyim qədər əsasən universitetlərdə xalq yazıçısı Çingiz Abdullayevlə görüşlər təşkil olundu, bunu da çox müsbət hal sayıram, ancaq niyə Anarla, Sabir Rüstəmxanlı ilə, Mövlud Süleymanlı, Ramiz Rövşənlə, Rüstəm Behrudi ilə və onlarla dəyərli yazarlarımızla, uğurlu işlər görən alimlərimizlə bu cür görüşlər təşkil olunmasın? Orta məktəbdə baş verən son intihar hadisəsi də göstərdi ki, uşaqlar qapalı bir mühitdə məhdud dünyagörüşlü, ədəbi zövqdən məhrum, mütailə vərdişindən uzaq, test əzbərçiliyinin məhsulu kimi böyüyürlər. Onlara canlı təmasda bilgili, dəyərli insanların paylaşacağı düşüncələr çox faydalı ola bilər. Hər bir halda bu uşaqların bəzilərinin qəlyanxanalardan, gecə klublarından, bayağı əyləncələrdən uzaqlaşaraq mütailəyə maraq göstərməsi təhsil sistemimizdə olan neqativ təzahürləri də xeyli azalda bilər. Vaxtilə həm orta məktəbdə, həm də universitetdə Xudu Məmmədov, Balaş Azəroğlu, Rəfael Hüseynov, Əkrəm Əylisli kimi yazarlarla görüşlərdən sonra özümün və qrup yoldaşlarımızın necə təsirləndiyimizi, bədii ədəbiyyat oxumağa necə həvəslə girişdiyimizi xatırlayıram. Məktəblərin qapısını uğurlu insanlara, bilgə insanlara açmaq lazım, uşaqları qapalı mühitdən, internet qəfəsindən başqa bir dünyaya- mütailə dünyasına, bədii zövqü formalaşdırma dünyasına yönləndirmək lazım.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...