Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Üzə bilməyən polis Məhəmməd xilaskar oldu – VİDEO – FOTO

“Təhlükəli idi, amma suya atılmalı idim”.

Üzməyi bacarmayan polis kursantı Məhəmməd Nadem çayda batan insanı xilas edib.

Din.az bildirir ki, insident İngiltərənin Mançester qraflığındakı Beri şəhərində yaşanıb.

Polis idarəsinə edilən bir neçə zəngdə xəbər verilirdi ki, Eruell çayı üzərindəki körpülərdən birindən kişi suya düşüb. Hadisə yerinə yollanmış Məhəmməd Nadim suda batan kişini görəndə əsla düşünmədən 2,5 metr yüksəklikdəki körpüdən buz kimi soyuq suya atılıb. O, batmaqda olan kişini dartaraq sahilə çıxarıb.

Hadisə yerinə gəlmiş təcili yardım heyəti həmin şəxsi hospitala aparıb. Onun durumu məqbuldur.

30 yaşlı M.Nadimin dediyinə görə, üzə bilmir: “Üzgüçü deyiləm. Suda qalmaq bacarığımı nəzərə alsaq, paltarım və üzərimdəki avadanlıqla çətinliklə su üzərində idi. Amma onu xilas edə bildim. Təhlükəli idi, amma suya atılmalı idim. O, batırdı və gecikmək olmazdı”.

Nadimin dostları indi onu “Baywatch” serialının ulduzu, aktyor Devid Hasselhofa bənzədərək “The Hoff” adlandırırlar. / Milli.Az

https://daytube.az/az/videos/62791/

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...