Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Üzvləri nurçu olan dini icma qeydiyyatdan keçməyib”

Heç nurçu dini cərəyanına məxsus kitabların ölkəyə idxalına da icazə verilməyib

gunduz_ismayilov_131214“İndiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icma üzvləri hər hansı dini cərəyana, o cümlədən nurçuluğa mənsub olan şəxslərdən ibarət dini icma qeydiyyata alınmayıb”.

“Din.az” xəbər verir ki, Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün jurnalistlərə deyib.

O qeyd edib ki, üzvlərindən biri də nurçu olan hər hansı dini icma qeydiyyatdan keçməyib.

G.İsmayılovun sözlərinə görə, artıq necə ildir ki, nurçu dini cərəyanına məxsus dini ədəbiyyatların ölkəyə kütləvi şəkildə idxalına, ixraçına və çapına məhdudiyyət qoyulub.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...