Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Valideynlər uşaqlara dini baxımdan çox təsir edir

“Biz valideynlər tərəfindən uşaqlara dini baxımdan çox təsirin edilməsi halları ilə də rastlaşırıq”. “Din.az” xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva deyib. Onun sözlərinə görə, evli olduqları zaman “dini” baxışları uyğun gəlməyən ata-ana boşandıqdan sonra özlərinin dini təsəvvürlərini uşaqların beyninə yeritməyə daha […]

“Biz valideynlər tərəfindən uşaqlara dini baxımdan çox təsirin edilməsi halları ilə də rastlaşırıq”.

“Din.az” xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva deyib.

Onun sözlərinə görə, evli olduqları zaman “dini” baxışları uyğun gəlməyən ata-ana boşandıqdan sonra özlərinin dini təsəvvürlərini uşaqların beyninə yeritməyə daha çox çalışırlar.

Bu halların onları çox narahat etdiyini deyən C.Rəhmətullayeva bildirib ki, daxil olan müraciətlərdən də belə halların daha çox dini baxışları fərqlənən və bunlar uyğun gəlmədiyi üçün boşanan ata və ya analar tərəfindən baş verdiyi məlum olub.

C.Rəhmətullayeva qeyd edib ki, boşanan ata və ya ana özünün dini fikirlərini uşaqlarının beyninə əsasən, onlar üçün təyin edilən görüşlər zamanı təlqin etməyə çalışırlar: “Görüşlər zamanı dini baxışları fərqli olan, qeyri-ənənəvi dini icmalara qoşulanlar uşaqlarına həmin fikirləri yeritməyə çalışırlar. Bununla bağlı böyük problemlər yaşayırıq. Çünki ata ilə uşağı ayırmaq düzgün deyil. Ata boşansa da, onun uşağı ilə görüşmək hüququ var. Qanun imkan vermir ki, həmin uşağa ata ilə görüşməyə icazə verməyəsən. Bu baxımdan biz dilemmalar qarşısında qalırıq”.

C.Rəhmətullayeva qeyd edib ki, uşaqların qeyri-ənənəvi dini təsirlərə məruz qalması ilə bağlı mərkəzlərə konkret müraciət daxil olmur: “Lakin biz onları özümüz aşkarlayırıq. Ata bizə açıq şəkildə demir ki, mən uşağa belə fikirlər deyirəm. Amma araşdırma aparanda görürük ki, belə hallar var. Məsələn, ata bizə müraciət edərək deyir ki, uşağım mənimlə görüşmür. Araşdırma aparmaq üçün biz ailəyə səfər edirik, uşaqla birgə atanın yanına gedirik. Uşaq deyir ki, atamla görüşmək istəmirəm, onun əməllərindən, görkəmindən (dini sektalara məxsus olan görkəm) utanıram. Belə halları həm Bakıda, həm də rayonlarda müşahidə etmişik. Ümumilikdə kütləvi dərəcədə belə hallar olmasa da, bu problemlər mövcuddur və bu, bizi narahat edir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...