Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Vatikan fərman verdi: ”Xristin gəlinləri” bakirə olmaya bilər

“Qadın həm faktiki, həm də formal olaraq məsum, ismətli olmalıdır ki …”

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Vatikan yeni fərman verib: Fərmanda bildirilir ki, Müqəddəs bakirələr ordeni ( ona “Xristin gəlinləri” də deyirlər) qrupuna daxil olanlara bakirəliyini saxlamaq mütləq deyil. Amerikanın müqəddəs bakirələr assosasiyası bu fərmana görə “ dərindən mütəəssir” olub.

“ Bütün kilsə ənənələri dəqiq mövqe tutur: qadın həm faktiki, həm də formal olaraq məsum, ismətli olmalıdır ki,- ( bədənin və ruhun məsumluğu)- müqəddəs bakirə olsun”- assosasiyanın bəyanatında deyilir.
Eyni zamanda assosasiya üzvləri əvvəlki kilsə sənədlərinə istinad edərək öz mövqelərini sübut kimi göstərirlər.
İyulda da Vatikanın yeni fərmanında deyilirdi ki, müqəddəs bakirə olmazdan əvvəl mütləq deyil ki, qadınlar “ bədənlərini tam toxunulmaz saxlasınlar”.

Müqəddəs bakirələr ordeninə qoşulmaq istəyən qadınlar xüsusi ayin keçməlidirlər. Bu zaman onlar özlərini” Xristə təslim edirlər”. Bundan sonra, onlar faktiki olaraq Allahın gəlinləri olurlar: nişan üzüyü taxır və bir daha nikaha girə bilmir və ya seksual xarakterli əlaqədə olmurlar.
Hazırda, təxminən 5000 qadın bütün dünyada belə bir vəd verib. Rahibələrdən fərqli olaraq müqəddəs bakirələrin xüsusi geyimi yoxdur , onlar dünyəvi həyat sürər və bir-birini dəstəkləyə bilərlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...