Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Vatikan ilə QMİ arasında dini əlaqələrin inkişafı müzakirə edilib – FOTO

Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi Apostol Nunsisi Arxiyepiskop Marek Solçinski müşayiət edib

Avqustun 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Protokol Xidmətinin Papanın xarici səfərlərinin təşkili məsələləri üzrə məsul şöbəsinin rəhbəri Monsenyor Maurisio Rueda Beltzin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Din.az”ın məlumatına görə, QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müqəddəs Taxt-Tacın nümayəndə heyətini Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi Apostol Nunsisi Arxiyepiskop Marek Solçinski müşayiət edib.

Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Qafqazın tarixi dini mərkəzi olaraq Qafqaz Müsəlmanları İdarəsi ilə dini-mənəvi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Bu əlaqələrin dərinləşməsində din xadimlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığı xüsusi vurğulanıb.

QMİ sədri Azərbaycanın konfessiya rəhbərləri ilə bərabər Vatikana etdiyi səfəri, habelə Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirakını yüksək dəyərləndirdiyini bildirib, bu səfərlərin Azərbaycanın multikultural dəyərlərinin təqdimatı baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb.

Görüşdə Vatikanın Azərbaycandakı ordinarisi Vladimir Fekete iştirak edib.

1472017471500287794_1000x669

14720174712056751965_1000x669

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...