Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Vatikan sarayında azan səsləndi – VİDEO

Share Button

Sarayda qonaqlar üçün iftar süfrəsi də açılıb

Xristian dininin mərkəzlərindən hesab edilən Vatikanda azan səsi yüksəlib.

“Din.az” ANS PRESS-ə istinadən bildirir ki, Romadakı Vatikana aid dəbdəbəli sarayda – Kanselleriada ötən gün ASALA terror təşkilatı tərəfindən 1977-ci ildə qətlə yetirilən Türkiyənin Vatikandakı səfiri, türk diplomat Taha Carım anılıb.

Anım Qurandan ayələrin oxunması ilə başlayıb. Daha sonra qonaqlar üçün iftar süfrəsi açılıb. Mərasimə həm Türkiyə, həm də İtaliyanın dövlət rəsmiləri, din xadimləri qatılıblar.

Freskalarla bəzədilən salon Vatikan və Türkiyə bayraqları ilə bəzədilib. Anım erməni terroru qurbanının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Səfir Mehmet Paçacı sələfi olan Taha Carımın 9 iyunda 1977-ci ildə erməni terror təşkilatı olan ASALA tərəfindən iqamətgahı önündə qətlə yetirildiyini deyib. Hadisədən 3 gün sonra o zamankı Papa 6 Pavel Müqəddəs Pyotr meydanında hücumu pisləyən açıqlama verib.

Səfir jurnalistlərə açıqlamasında şəhid olan diplomatın anım mərasiminin ramazan ayına təsadüf etdiyi üçün iftar verdiklərini deyib.

Qeyd edək ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Roma Papasının “soyqırım” haqqında dedikləri Vatikanla Türkiyə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Lakin bundan 10 ay sonra  erməni terrorunun qurbanı olan diplomat Vatikan tərəfindən anılmışdı. Bu hadisədən sonra Türkiyə tərəfi diplomatik münasibətləri düzəltmək qərarına gəlib. 2015-ci il aprelin 12-də Vatikandan geri çağırılan səfir Mehmet Paçacı da vəzifəsinin başına geri qaytarılmışdı.

ASALA terror təşkilatları müxtəlif illərdə (1970-80) Avropa şəhərlərində onlarla türk diplomatını qətlə yetirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir