Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Vatikanda eskort qalmaqalı: 40 homoseksual rahib ifşa edildi

“O, rahiblərin riyakarlığına dözə bilmədiyi üçün bu addımı atdı …”

Françesko Manqiakapra adlı bir eskort indiyə qədər onunla cinsi əlaqəda olan 40 homoseksual rahibin adı olan siyahını və onlarla bağlı 1200 səhifəlik sənədlər toplusunu Vatikana göndərib.

Din.az xəbər verir ki, o, rahiblərin riyakarlığına dözə bilmədiyi üçün bu addımı atdığını bildirib. Neapolun baş rahibi Kardinal Kresenzio Sepe sənədlər toplusunu Vatikana yolladığını açıqlayıb. Sepe siyahıda adı keçən rahiblərin heç birinin şəhər kilsələrində çalışmadığını söyləyib.

“Yanlış hərəkətlərin cəzası olmalıdır və bu tip cəzalar tövbə etməyə kömək edəcək”, – deyə o, bildirib.

Eskort isə qeyd edib ki, burada cinayətlərdən deyil, günahlardan bəhs edirik.  / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...