Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Vatikandan turistlərə: İrana gedin!

Yepiskop Təşkilatının rəsmi bülleteni oxucularını İrana getməyə səslədi.

İtaliya Yepiskop Təşkilatının rəsmi bülleteni öz oxucularını İrana getməyə səsləyib.
Din.az xəbər verir ki, İtaliya Yepiskop Təşkilatının rəsmi bülleteni öz oxucularını İrana getməyə səsləyib.

Adıçəkilən təşkilatın rəsmi qəzeti olan “İtaliya yepiskopları” bazar ertəsi günü özünün müxtəlif ölkələrə ediləcək dini və mədəni səfərlərinin tarixini açıqlayıb. Bu ölkələr arasında İran da var.

Vatikan turizm agentliyinin yayın əvvəli, yayın sonu və payızı ortasında İrana 3 böyük turist dəstəsi göndərməyi planlaşdırır.

Vatikanın sözügedən turizm təşkilatı İranı dünyanın ən cazibədar ölkələrindən biri adlandırıb və əlavə edilib ki, bu böyük ölkədə tarixi abidələri, qədim abidələri, möhtəşəm məscidləri, mükəmməlliyi ilə seçilən dini məkanlar və müzeyləri ziyarət etmək olar.

Qəzet yazır ki, İrana səfər istənilən turist üçün maraqlı və yaddaqalan olacaq. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...