Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Vatikanın abort qadağasına qarşı qadın futbolçulardan etiraz

Vatikanın qərarına etiraz etmək üçün formalarını soyundular.

Vatikan abort etirazlarına görə Avstriyanın “Mariahilf” futbol klubu ilə keçiriləcək dostluq oyununu ləğv edib.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, buna Vatikanın abortu qadağan etməsinə Avstriya klubunun oyunçularının etirazı səbəb olub.

Oyundan əvvəl “Mariahilf”in qadın oyunçuları Vatikanın qərarına etiraz etmək üçün formalarını soyunaraq “Mənim bədənim, mənim qərarım” şüarını nümayiş etdiriblər.

Matçı əvvəldən tərk edən Vatikanın idman qurumunun təmsilçisi Danilo Zennaro Avstriya mediasına verdiyi açıqlamada oyunun ləğv edildiyini bildirib: “Biz bura idman üçün gəldik, hansısa siyasi mesaj vermək üçün yox”.

“Mariahilf” rəhbərliyinin təkidlərinə baxmayaraq, Vatikanın qadınlardan ibarət komandası oyuna çıxmaqdan imtina edib.

Əlavə edək ki, Vatikanın qadınlardan ibarət komandası bu ilin may ayında qurulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...