Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Vatikanın “ağıllı” təsbehini “sındırdılar”

iOS və Android-də Click to Pray mobil tətbiqi ilə sinxronlaşdırılan “təsbeh” …

“Ağıllı” xaça malik elektron təsbehdə (eRosary) ciddi problem aşkarlanıb.

Din.az bildirir ki, kibertəhlükəsizlik üzrə ekspert cəmi 15 dəqiqə ərzində hesabı “sındıra bilib”. Bunun üçün ona yalnız hesaba bağlı olan e-mail tələb olunub. Haker istifadəçi barədə məlumatları: cinsi, doğum tarixi, boyu, çəkisi, avatar şəkli və geoməlumatları asanlıqla əldə edib. O, həmçinin mövcud olan hesabı silərək eyni e-mail-ə bağlı yenisini yaradıb.

Hazırda problemin aradan qaldırıldığı bildirilir.

“Ağıllı” təsbehi bir neçə gün əvvəl Vatikanda mətbuat konfransında təqdim ediblər. Təsbehin sahibi xaç çəkəndə qurğu aktivləşir. Digər oxşar qurğular kimi, bu “təsbeh” də iOS və Android-də Click to Pray (Dua etmək üçün toxun) mobil tətbiqi ilə sinxronlaşdırılıb. Bu əlavə müxtəlif dini bayramların tarixini yada salır, hər gün üçün olan duaları əldə etməyə imkan yaradır. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...