Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Vatikanın müsəlmanlara qarşı ŞOK PLANI

Share Button

“Üçüncü min illikdə isə Asiyanı xristianlaşdıracağıq…”

Roma Papası olmuş II Con Paul dünyaya “xilaskar missiya” kimi təqdim etdiyi Vatikanın müsəlmanlara qarşı əsl planlarını açıqlayıb.

“Din.az” “publika.az”a istinadən xəbər verir ki, Papa II Con Paul hələ 1991-ci ildə kilsələrə göndərdiyi müraciətində bildirib ki, Vatikan dünya əhalisinin xristianlığı qəbul etməsini əsas hədəf seçib: “Bizim üçün dinlərarası dialoq bütün insanları xristianlığı qəbul etdirmək üçün məqsədli missiyasının tərkib hissəsidir. Əslində, bu missiya İsa Məsihi və “İncil”i bilməyənlərə, həmçinin, digər dinlərə mənsub olanları xristianlığa gətirmək üçün seçilib”.

Papa 24 dekabr 1999-cu ildə nəşr edilən bəyanatında isə açıq şəkildə etiraf edib ki, XXI əsrdə Asiya əhalisini xristianlaşdırmaq əsas hədəflərdən biri olacaq: “Biz birinci min illikdə Avropanı, ikinci min illikdə isə Amerika və Afrikanı xristianlaşdırdıq. Üçüncü min illikdə isə Asiyanı xristianlaşdıracağıq”.

Həmin vaxtı PKK terror təşkilatının qurucusu və lideri Abdullah Öcalan Roma Papasının bu müraciətinə yazdığı cavab məktubunda yalvararaq deyir ki, Vatikan PKK-ya yaxından dəstək verməsə, Türkiyə onları bitirəcək: “Suriyadakı Əsəd rejimi təkcə kürdləri deyil, erməniləri və yunanlara qarşı da təhdid yaradır. Mən təkcə kürdlər üçün deyil, həm də “Kürdüstan torpaqlarında” xristian xalqların da Türkiyədən qorunması uğrunda mübarizə aparıram. Məni bu mübarizədə yalnız buraxmayın”. Abdullah Öcalanın Roma Papasına bu məktubundan sonra Türkiyədə PKK terror təşkilatına Avropanın dəstəyi daha da artmağa başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir