Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana rəsmi səfər edəcək

Paul Riçard Gallagher Təzəpir Məscidini ziyarət edəcək.

Müqəddəs Taxt-Tacın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Din.az bildirir ki, Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsi, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...