Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Vatikanlı kardinala altı il həbs – Azyaşlı qızlara təcavüz edirmiş

77 yaşlı kardinalın çirkin əməlləri ifşa edilib.

Vatikanın iqtisadiyyat katibliyinin keçmiş perfekti kardinal Corc Pell azyaşlılara qarşı seksual xarakterli zorakılığa görə altı il müddətinə azadlıqdan məhrum edilib.

Din.az bildirir ki, bu haqda SBC News məlumat yayıb.

Pell 1996-2001-ci illərdə Melburnun kilsə xoruna üzv olan 13 yaşlı iki qıza qarşı cinsi istismarda təqsirli bilinir. 77 yaşlı kardinalın işinə Melburn məhkəməsi baxıb.

Məhkəmə iclasının gedişi Avstraliya telekanalında canlı yayımlanıb. Hakim Piter Kidd altı illik həbs cəzası haqda qərarı səsləndirəndən sonra ona “Zərərçəkənlər sizə etibar edirdi, siz isə öz statusunuzdan və bu etibardan sui-istifadə etdiniz” deyə müraciət edib.

Pell azyaşlıların istismarı ilə bağlı mühakimə olunmuş ən yüksək vəzifəli katolik kilsə nümayəndəsi sayılır.

Kardinalın iyun ayına kimi qərardan yuxarı instansiya məhkəməsinə şikayət etmək haqqı var. Apellyasiya şikayəti təmin olunmasa, onun yalnız üç il səkkiz ay həbs cəzası çəkdikdən sonra şərti azad edilməsi ilə bağlı ərizəsinə baxıla bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...