Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Vəhdət dəyərimizdir” seminarının açılışı olub

Tədbirdə 10 müxtəlif rayondan olan dini icma sədrləri və din xadimləri iştirak edirblər.

Aprelin 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Lənkəran şəhərində həyata keçirilən üç günlük seminarın açılış mərasimi olub.
Din.az xəbər veri ki, açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərində yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, İnstitutun Dinşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə, Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Masallı, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı seminarın əhəmiyyəti barəsində fikirlərini bildirərək qeyd edib ki, bugünki tədbirdə ölkəmizin 10 müxtəlif rayonundan olan dini icma sədrləri və din xadimləri iştirak edir. Mənəvi Dəyərlərin Təbliği Fondu həyata keçirdiyi bu kimi tədbirlərlə ölkəmizdə mövcud olan vəhdət ənənələrinin gücləndirilməsinə böyük töfhə verir.

Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycanda vəhdət ənənəsinin qorunması hər bir müsəlman üçün mənəvi borcdur. İcraçı direktor qeyd edib ki, bu ənənələrin inkişafı və möhkəmləndirilməsində din xadimləri və ilahiyyatçıların rolu böyükdür. M.İsmayılov diqqətə çatdırıb ki, biz dini mövzuda yazılmış əsərlərimizə, mədəni irsimizə, ilahiyyatçı alimlərimizin təfsir kitablarına nəzər saldığımız zaman vəhdət ənənəsinin köklərinin nə qədər dərin olduğunun şahidi oluruq.

Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə ölkəmizdə tarixən müxtəlif dinlər və məzhəblər arasında mövcud olan vəhdətdən, möminlərin qardaşlığından bəhs edib. Layihənin ilk tədbirinin Lənkəran şəhərində keçirildiyi üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.

Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən üç günlük seminar çərçivəsində Lənkəran rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...