Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Vəhhabi alimindən dəhşət saçan fətva: Başçı canlı yayımda zina etsə belə dinməyəcəksən – VİDEO

Əbdüləziz ər-Risdən ilginc fətva …

Səudiyyədə tanınmış vəhhabi alimlərindən biri maraqlı eyni zamanda dəhşət saçan fətvası ilə gündəmə gəlib.

Din.az bildirir ki, Səudiyyə Ərəbistanın paytaxtında yaşayan tanınmış vəhhabi alimi Əbdüləziz ər-Ris daha bir ilginc fətvası ilə gündəmə gəlib.

Əbdüləziz ər-Ris son zamanlarda ölkədə bəzi sünni din alimlərinin etirazına və həbs edilməsinə toxunaraq, bu alimlərinin işinin düzgün olmadığını və başçıya etiraz etmənin haram olduğunu bildirib.

Buna izah vermək üçün o deyib:

“Bəziləri itaətin vacib olmasına diqqət yetirmirlər. Camaatı hakimiyyət qarşısında ayağa qaldırmağa çalışırlar. Hal bu ki bu şəriətdə haramdır. Hətta təsəvvür edin ölkənin kralı, başçı ya hakimi televiziyada çıxır canlı yayımda yarım saat zina edir və şərab içir. Sənin mövqeyin nə olacaq? Şəriət nə deyir? Dinməyəcəksən.

Əgər üzbəüz onun qarşısında durubsansa (ölkənin) məfsədə və mənafeyini nəzərə alaraq hərəkət edəcəksən yüngül şəkildə zina haramdır deyəcəksən. Amma arxasında olsan deməyəcəksən. Sənin vəzifən burada insanların qəlbinin onun ətrafında birləşdirmək olmalıdır” deyə vəhhabi alimi ölkədə sünni alimlərin və fəalların həbsinə belə bəraət qazandırıb. /Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...