Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Vəliəhd: İran kimi ölkələrlə mübarizə üçün Səudiyyə Ərəbistanında islahatlar vacibdir

Səudiyyə Ərəbistanında “şok terapiyası” davam edir.

Səudiyyə Ərəbistanının inkişafı və İran kimi dövlətlərlə mübarizə məqsədilə ölkədə islahatlar aparmaq lazımdır.

Din.az bildirir ki, bunu Krallığın şahzadəsi vəliəhd Məhəmməd bin Salman Al Səud bəyan edib.

Vəliəhd “The Washington Post” qəzetinə müsahibəsində deyib: “Səudiyyə Ərəbistanında islahatlar və dəyişikliklər inkişafın saxlanması və düşmənlərlə, məsələn, İranla mübarizə üçün zəruridir”.

Şahzadə əlavə edib ki, islahatlar “şok terapiyası”nın bir hissəsidir, bu da Krallığın siyasi və mədəni planda modernləşdirilməsi baxımından vacibdir. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...