Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Vəliəhd şahzadə Salman Kəbənin üstünə çıxdı – VİDEO

Ənənəvi mərasimlə həyata keçirilən Kəbənin təmizliyində şahzadə Salman da iştirak edib.

Vəliəhd şahzadə Salman onu qoruyan 600 nəfərlə Kəbəni ziyarət edib. Salmanın yüksək səviyyədə ziyarəti əsnasında şahzadə Kəbənin üstünə çıxıb.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, ənənəvi mərasim tərzində həyata keçirilən Kəbənin təmizliyində şahzadə Salman da iştirak edib. Cangüdənlərilə Kəbəyə gələn vəliəhd şahzadə əvvəl “Qara daş”ı öpüb, sonra nərdivanlarla Kəbənin içinə girib.

Kəbənin içində namaz qılan Salman sonradan burada əlinə parça alaraq təmizlik işləri görüb. Təmizlik əsnasında kameralara da poza verən şahzadə, daha sonra Kəbənin  içindəki nərdivanlarla ən yuxarı hissəyə çıxıb.

Osmanlı dövründə Kəbəyə hörmət əlaməti olaraq ondan daha yüksək bina tikilmədiyi halda, bu gün “gələcəyin lideri” adlandırılan şahzadə Salman, Kəbəni ayaqları altına almaqdan çəkinmir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...