Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Vəliəhdin yeni planı – Növbədə Qətərdir

Şahzadənin Qətərə qarşı hücum barədə gizli görüşlər keçirdiyi bildirilir.

Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yəmən müharibəsində itirilən pulları Qətərdən “qoparmaq” istəyir.

Din.az xəbər verir ki, şahzadənin Qətərə qarşı hücum barədə gizli görüşlər keçirdiyi üzə çıxıb.

Planın tərtibatı isə vəliəhdə yaxınlığı ilə tanınan, ölkənin Körfəz İşləri naziri Samir Sebhan tərəfindən hazırlanıb. Planda Qətərin mühasirəyə alınması, təzyiqlərin gücləndirilməsi və dislokasiya edilməsi, sonda isə işğalı nəzərdə tutulub.

Qeyd edək ki, S.Ərəbistanı 3 ildir Yəmənə təcavüzünü davam etdirir. Ötən ildən etibarən isə Qətərlə diplomatik münasibətlər dayandırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...