Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Vəlliəhd şahzadənin qərarları işsizliyi artırdı

11 milyon əcnəbi işçidən 800 mini S.Ərəbistanından gedib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2016-cı ildən başlayaraq həyata keçirdiyi iqtisadi reformları ölkədəki işsizlik səviyyəsini artırıb.

Din.az xəbər verir ki, bu səbəbdən bir çox əcnəbi şirkətlər bu ölkədən çıxmağa başlayıb.

Əcnəbi işçilərə əlavə vergi tətbiq edilməsi nəticəsində son 1 ildə 11 milyon əcnəbi işçidən 800 mini S.Ərəbistanından gedib.
Bundan başqa, 2017-ci ildə daha öncəki ilə nisbətən xarici şirkətlər tərəfindən qoyulan investisiyanın həcmi 7,5 milyard dollardan 1,4 milyard dollara enib. Bu isə son 14 ilin ən zəif göstəricisi olub.

Son 3 ayda isə müxtəlif xidmət sahələrində səuidiyyələşmə siyasətinə riayət etməyən bir çox şirkətə də 5 mindən çox cəza verilib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...