Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
islam-bankçılığı

Vergi ödəmək zəkatın yerinə keçirmi?

Share Button

Devalvasiyadan əvvəl verilən borcların aqibəti necə olacaq?

“Din.az” saytı İslam dini ilə bağlı bir çox mövzular ətrafında başlatdığı layihəsini uğurla davam etdirir.

Saytımız bu dəfə həm iqtisadiyyat, həm də İslam sahəsini mükəmməl bilən dünyanın tanınmış alimlərindən birindən müsahibə aparıb. 1993-cü ildə Türkiyənin Mərmərə Universitetinin İlahiyyat fakultəsini, 2004-cü ildə isə Anadolu Universitetinin İqtisadiyyat fakultəsini bitirən Prof.Dr. Servet Bayındır Mərmərə Universitetinin İslam Bankçılığı üzrə professor dərəcəsini qazanıb. Servet Bayındır hazırda İstanbul Universitetinin İlahiyyat fakultəsində həm müəllimlik edir, həm də İstanbul Universitetində açılan İslam iqtisadiyyatı və Maliyyə bölümünə başçılıq edir.

“Din.az” saytının qonağı olan Prof. Dr. Servet Bayındır islam iqtisadiyyatı, islam bankçılığı, zəkat vergidirmi, faizin haram olması, sonuncu Peyğəmbərimizin ticarəti, alış-veriş zamanı qiymət fərqi, bununla yanaşı Azərbaycan iqtisadiyyatı və ölkəmizdəki bankların yürütdüyü sistemlə bağlı bir çox suallara ətraflı cavab verib.

“Din.az” türkiyəli mütəxəssisin maraqlı araşdırmalarını və İslam bankçılığı ilə bağlı bilmədiyimiz bir çox məqamları videomüsahibədə təqdim edir.

Müsahibəni seyr edərkən aşağıdakı sualların da cavablarını tapacaqsınız:

  • Niyə məhz İslam iqtisadiyyatı?
  • İslam bankçılığı deyəndə nəzərdə tutulan nədir?
  • İslam bankçılığı faizsiz borc işini necə həyata keçirir?
  • Risq olmadan pulu artırmaq varkən, niyə risqə girilməlidir?
  • İslam bankının digər banklardan fərqi və faydası nədir?
  • “İslam bankçılığı”nın qurulmasının Azərbaycana nə faydası olar?
  • Pulu alan istədiyi kimi xərcləmək istəsə, bunun qarşısı necə alınacaq?
  • İslam bankları işlərini düzgün yerinə yetirirlərmi?
  • Müsəlmanlar niyə pullarını İslam banklarına deyil, faizli banklara əmanət edirlər?
  • Allah faiz məsələsini niyə Özünə və Elçisinə qarşı savaş açmaq kimi təqdim edir?
  • Faiz bu qədər cəmiyyəti zəiflədirsə, kapitalist ölkələr günümüzə qədər necə gəlib çıxıblar? Hazırda öz hegemoniyasını necə davam etdirirlər?
  • Zəkat nədir? Vergi ödəyiciləri zəkat ödəməyə bilərlərmi? Zəkatla verginin fərqi nədir?
  • Zəkat İslamın gətirdiyi bir yenilikdir, yoxsa Muhamməd peyğəmbərdən əvvəlki dinlərdə də olub?
  • Muhamməd peyğəmbər İslamdan əvvəl ticarətlə məşğul olub. Bəs faizlə iş görübmü?
  • “Bəqərə” surəsinin 219-cu ayəsində ehtiyacdan artıq qalanının xərclənməsi əmrini necə başa düşməliyik?
  • Hazırda Azərbaycanda İslam bankı yoxdur. Fəaliyyət göstərən banklar da faizlə işləyir. Bu banklarda işləmək doğrudurmu?
  • Quran 23 il ərzində insanlara göndərildi, tədricilik üsulu ilə…bəs faiz tədricən qadağan edildi, yoxsa bir dəfəyə?
  • Quranda ödəməni gecikdirən insan üçün cəza nəzərdə tutulurmu?
  • İpoteka ilə ev almaq doğrudurmu? Bəziləri iddia edirlər ki, aradakı faiz inflyasiya miqdarıdır.
  • Bir malı nəğd başqa qiymətə, hissə-hissə ödəmək şərti ilə fərqli qiymətə satmaq olarmı?
  • Borc və faiz arasında oxşar və fərqli cəhətlər nələrdir?
  • Devalvasiyadan əvvəl bir şəxsə borc versəm, borcu verərkən dollara görə hesablasam, həmin adam da qaytararkən dollara uyğun olaraq qaytararsa, aradakı artıq pul faiz sayılırmı?
  • Aldığım bir malın üzərinə nə qədər qazanc qoyub sata bilərəm?
  • Zəkat və sədəqənin fərqi nədir? Sədəqə vermək fərzdirmi?

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top