Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Vergilər naziri Qətərin səfiri ilə görüşüb

Qətər dövlətilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.

Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətər dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb.

Din.az bildirir ki, Nazirlikdən “APA-Economic”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycan ilə Qətər dövləti arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb.

Söhbət zamanı Qətər şirkətlərinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edilib və qarşılıqlı sərmayələrin genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...