Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Vətən xainləri qəbirstanlğı”nın İslam dinində yeri

İranda da “Lənətabad” adlanan belə bir qəbiristanlıq mövcuddur…

İstanbul şəhər meri Kadır Topbaş bildirib ki, 15 iyul çevrilişinə cəhd zamanı ölən hərbçilərin dəfni üçün xüsusi yer ayrılacaq və həmin yer “Vətən xainləri qəbiristanlığı” adlanacaq.

Maraqlıdır, İslam dininə görə insanların dəfni zamanı bu cür ayrı-seçkiliyə yol verilməsi mümkündürmü? Dində bu qaydalar necə tənzimlənir?

Din.az” xəbər verir ki, “moderator.az”ın bununla bağlı sualına ilahiyyatçı Elşad Miri aydınlıq gətirib.

88386

E.Miri bildirib ki, İslam dinində belə bir ayrı-seçilik yoxdur:

“Dində heç zaman belə bir məsələnin şahidi olmamışam. Sadəcə dinimizə görə belə bir məsələ var idi ki, kafir olaraq ölənlərin arasında müsəlmanları basdırmırdılar. Və yaxud da müsəlman olaraq ölənlərin arasında kafirləri basdırmırdılar. Bu da sadəcə formalaşmış bir ənənə idi, İslamın konkret bir müddəası deyildi. Bildiyim qədər, Osmanlıda da buna bənzər bir ənənə olub. Adətən cəlladların qəbir daşlarının üzərinə ad yazılmayıb, onlara fərqli şəkildə baş daşı qoyaraq dəfn ediblər. Bu da həmin ənənənin bir təzühürüdür. Bu gün onlar da hərbçilərin törətdiyi əməllərə adekvat olaraq belə bir addım atmağı düşünürlər. Yəni, bu, dinə yox, həmin insanların qəbul etdiyi ənənəyə uyğun olan bir addımdır”.

Qeyd edək ki, İranda da belə bir qəbiristanlıq mövcuddur və “Lənətabad” adlanır. Ümumiyyətlə bu “ideya” sırf molla təfəkkürünün məhsuludur. Şərq aləmində əxlaqsız qadınların dəfn olunduğu yerə “Lənətabad” deyilir.  Belə qəbiristanlıqlara mollalar belə gəlmir ki, orada dəfn olunanlara rəhmət düşmür.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...