Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Vətən Xainləri Qəbirstanlığı”na ilk dəfn edildi

Ailəsi qəbul etmədi və ora dəfn edildi…

İBB başçısı Topbaş, “onlardan biri bu gün mənim bəhs etdiyim “Vətən Xainləri Qəbirstanlığı”na dəfn edildi” deyib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Avcılarda təxminən 5 min nəfərin iştirakı ilə “Demokratiyanın Mühafizəsi” mitinqi keçirilib. İBB Nazirliyi Mehteran bölümünün də konsert verdiyi dünən axşam saat 22:00 radələrində başlayan mitinqə Avcıların baş məmuru Hulusi Doğan, Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaş, Avcılar Bələdiyyə sədri CHP-li Handan Toprak Benli və partiyanın mahaldakı təmsilçiləri qatılıb.

Biri “Vətən Xainləri Qəbirstanlığı”na dəfn edildi…

Tankların, topların qarşısında durdunuz, lakin FETO-çu əsgərlərə gələcəyimizi qaraltmalarına izin vermədiniz. Bütün niyyətləri siz pozdunuz. Sevgi selini, bu gözəlliyi sonsuz çəkişmələrə qurban etməyək. Səhərlərimizi gözəl edək. Dövlətin davamlılığı və gələcəyini düşünək. Onlardan biri bu gün mənim bəhs etdiyim “Vətən Xainləri Qəbirstanlığı”na dəfn edildi. Ailəsi qəbul etmədi və  “Vətən Xainləri Qəbirstanlığı”na dəfn edildi. Bu millətə xəyanət edənlər qəbirlərində belə rahat edə bilməzlər”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...