Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Vətənə xəyanətdə təqsirləndirilən ilahiyyatçının məhkəməsi olub

“Ortada konkret faktlar yoxdur…”

Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

“Din.az”ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüıseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Qeyd edək ki, ilahiyyatçının vəkili Əfqan Məmmədov bildirir ki, ittihamların heç biri mötəbər sübutlara söykənmir və ortada konkret faktlar yoxdur. Qapalı keçirilən məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək. E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi. O, özünün günahsız olduğunu deyir.

E.Mustafaoğlu 2006-2007-ci illərdə “İctimai” TV-də “Cümə söhbəti” verilişinin müəllifi və aparıcısı, 2007-ci ildə ANS TV-də “Allah Haqqı” verilişinin aparıcısı olub.

Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...