Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

VƏZİFƏSİNDƏN İSTEFA EDƏN PAPANIN PİVƏ KEYFİ – FOTOLAR

Vatikanda görüşən dindarlar pivə içərək şən görüntülər yaradıblar.

2013-cü ildə tutduğu vəzifədən istefa edən Papa Benedikt Vatikanda ölkəsi Almaniyadan gələnlərlə birlikdə pivə içib.

“Din.az”ın əldə etdiyi məlumata görə, Alman nümayəndə heyətinin üzvləri Papa Benediktin yanına ənənəvi paltarlarla gəlib. Belə ki, Vatikanda görüşən dindarlar pivə içərək şən görüntülər yaradıblar.
Qeyd edək ki. 19 aprel 2005-ci ildə katolik dünyasının 265-ci papası olaraq seçilən və XVI Benedikt adını alan Cozef Ratzinger 11 fevral 2013-cü ildə papalıq vəzifəsindən ayrılacağını bildirərək böyük bir sürpriz etmişdi. Bu istefa katolik aləmində 598 ildən sonra ilk edilən istefa kimi tarixə keçib.

Dünya miqyasında böyük qarışıqlığa gətirib çıxaran istefa xəbərindən sonra XVI Benediktin Vatikan Bankı İOR-da yaşanan qalmaqallar, “Valileaks” deyilən casus qamaqalı və kilsə daxilindəki homoseksual lobbisi iddialarından dolayı istefa etmək məcburiyyətində qaldığı haqda söz-söhbətlər yayılmışdı.

28 fevralda vəzifəsindən rəsmi şəkildə istefa verən Papa XVI Benedikt invizaya çəkilmişdi. Benediktdən sonra keçirilən növbəti seçimlərdə argentinalı Kardinal Jorge Mario Bergoglio seçilmişdi. Kardinal Bergoglio da özünə Fransiskus adını seçərək vəzifəsinin icrasına başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...