Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Vikipediya”da Kazım Qarabəkir Paşa ilə bağlı önəmli addım

General Kazım Qarabəkir Paşa məqaləsi yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.

Din.az bildirirb ki, AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Naxçıvanın azad edilməsində əvəzsiz rol oynayan general Kazım Qarabəkir Paşa məqaləsi yaradılıb.

Məqalədə Kazım Qarabəkir Paşanın Azərbaycan fəaliyyəti, xüsusilə Naxçıvanın daşnaklardan təmizlənməsində göstərdiyi böyük xidmətlər haqqında geniş məlumatlar verilib.
Qeyd edək ki, Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, “Alçıtəpə Qəhrəmanı” ləqəbiylə tanınır. Türk Qurtuluş savaşını başladan komandirlər arasında yer alaraq, Şərq Cəbhəsində göstərdiyi uğurlarlar səbəbiylə “İstiqlal” medalı ilə təltif olunub. / Milli.az

https://az.wikipedia.org/wiki/Kaz%C4%B1m_Qarab%C9%99kir#Nax%C3%A7%C4%B1vanda_xatir%C9%99si

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...