Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Vladiqafqazdakı Muxtarov məscidində informasiya lövhəsinin açılışı olub – FOTO

Muxtarov məscidi 1908-ci ildə xeyriyyəçi Murtuza Muxtarov tərəfindən inşa edilib.

Ramazan ayı ərəfəzində Şimali Osetiya Alaniya Respublikasının paytaxtı Vladiqafqazdakı Murtuza Muxtarov məscidi üzərində informasiya lövhəsinin açılış mərasimi keçrilib.

Din.az xəbər verir ki, tədbirdə Rusiyanın Moskva, Vladiqafqaz, Pyatiqorsk, Maqas şəhərlərindəki Azərbaycan icmalarından, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən nümayəndələr iştirak edib.

Üzərində “Muxtarov məscidi 1908-ci ildə Azərbaycandan olan xeyriyyəçi Murtuza Muxtarov tərəfindən inşa edilib” cümləsi əks edilmiş informasiya lövhəsini layihə olaraq Şimali Osetiya Azərbaycanlıları Konqresi irəli sürüb. Bu təşəbbüs yerli hökümət tərəfindən tam dəstəyini tapıb.

Açılış mərasimində Şimali Osetiya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin departament müdiri Ruslan Quliyev, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, tibb elmləri doktoru Fazil Qurbanov, Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi, filologiya elmləri namizədi Anar Həsənov çıxış ediblər.

Qeyd edək ki, hazırda Muxtarov məscidində bərpa işləri aparılır. Tikinti işlərinə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə maliyyə yardımı ayrılıb. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...