Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Wi-Fi” dövrü bitir, “Li-Fi” və LED lampalarla internetə giriş başlayır – Video

Daha təhlükəsiz internet dövrü başlayır.

İşıq dalğaları ilə internetin yayılması hal-hazırda aktual olan və təkminləşdirilən bir texnologiyadır.

Din.az xəbər verir ki, “Light Fidelity” və ya “Li-Fi” adlanan bu texnologiya qlobal şəkildə “Philips” şirkəti tərəfindən istifadə edilməyə başlayıb.

Şirkətin “Li-Fi” sistemi armaturlarla əlaqəli bir sistem olub, LED lampaların bu armaturları istifadə edərək işıq spektrumu vasitəsilə yüksək həcmli məlumat ötürməsini təmin etməyə əsaslanır. Alınan işıq isə cihaza bağlanan USB çevirici vasitəsilə internetə çevriləcək.

Məlumata görə, “Li-Fi” vasitəsilə 1 saniyədə 224 Gb həcmində məlumat ötürmək mümkündür. Bu texnologiyanın digər bir üstünlüyü işığın parlaqlığı artdıqca ötürmə sürətinin də artmasıdır. Qısaca izah etsək, siz 1 saniyədə 20 film və ya 10-15 arası böyük həcmli AAA tipli oyunları endirə bilərsiz.

“Li-Fi” texnologiyasının “Wi-Fi”dən digər üstünlüyü odur ki, Wi-Fi dalğalarının problem olduğu ərazilərdə “Li-Fi” problemsiz işləyir və dalğaların gedib çata bilməyəcəyi yerləri asanlıqla internetlə təmin etmək mümkün olur.

LED lampalar vasitəsilə yayılan internet, dalğalar vasitəsilə yayılan internetdən daha təhlükəsizdir. Belə ki, “Wi-Fi” istifadə edərkən dalğalar kənar yerlərə də gedib çatır. Bu zaman ətrafdakı insanlar “Wi-Fi” şifrənizi qıraraq internetinizdən istifadə edə bilirlər. Amma “Li-Fi” texnologiyasında işıqlar divarları keçib başqa ərazilərə yayıla bilmədiyi üçün kənardan müdaxilə etmək olmur və bu da daha təhlükəsiz internet deməkdir. / Qafqazinfo.az

https://bax.tv/video/20257.html

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...