Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İrana zidd hansısa bayram qeyd etmişikmi?

Share Button

Şamaxı rəsədxanası Qafqaz Müsəlmanları İdarəsinə birləşdirilsin!

Elşad MİRİ

Elmi məzhəbə xidmət etdirmək budur…

Rəsədxanaya verdirilən açıqlama…

***

Azərbaycandakı Qafqaz Müsəlmanları idarəsi sanki (sanki sözü artıq olur), təqvim idarəsi kimi fəaliyyət göstərir. Novruzun giriş tarixini açıqlayır, Qəməri ayların başladığı məhərrəm ayı ilə bağlı yığışıb fətva verir, Aşura gününü elan edir, Ramazan ayının girişi və çıxışını təyin edir.

Bunu da daha da “elmi” göstərmək üçün başqa heç vaxt elmi açıqlamalarına rast gəlmədiyimiz Şamaxı Astrofizika Rəsədxanasına istinad edir. Bu qurumu da Qafqaz Müsəlmanlarının (QMİ) tərkibinə qatsaydılar, biz də rahatlaşardıq.

Bu dəfə də Ramazan bayramı münasibətilə adıçəkilən qurum, yəni QMİ məlumat paylaşıb. Həmin məlumatda deyilir ki, çoxsaylı zəng və sorğulara cavab olaraq Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki… Rəsədxana özü açıqlama yaya bilmir, ona görə də bunu QMİ vasitəsilə həyata keçirirlər.

İndi soruşmaq istəyirəm, bu günə kimi QMİ-nin paylaşdığı təqvimdə və ya yuxarıda qeyd etdiyim hansısa gündə İranla ziddiyyət təşkil edən bir məlumat yayıb, fətva veribmi?

“Vəhdət namazı” adlı bir namaz çıxaran bir ölkə “vəhdət bayramı” həyata keçirə bilmir. Cavabını bildiyiniz suallarla sizi yormadan bu gün bayram etməyən ölkələrin siyahısını sizə təqdim edirəm:

1. İran, 2. Azərbaycan, 3. Misir, 4. Fələstin, 5. İordaniya, 6. Suriya, 7. Malayziya, 8. Əfqanıstan, 9. Tunis, 10. İndoneziya və 11. Oman!

Allah oruclarınızı qəbul etsin! Bu günləri 11 aya sirayət edən bəndələrindən etsin!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...