Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Koronavirusun xatırlatdığı acizliyimiz

Share Button

Ey qürrələnib təkəbbürlənən insan! Bircə virusluq canın, gücün var.

Aya ayaq basdıq. Marsa səyahət etməyə hazırlaşırıq. Dünyanın ən ucqar yerindəki insanlarla görüntülü danışırıq. Qitələr arasındakı səfərlərimizi saatlar ərzində qət edirik.

Orqan nəqli, yəni transplantasiya həyata keçiririk. Kök hüceyrələrdən yeni toxumalar, orqanlar əldə edirik. İşlərimizi robotlara həvalə edib kefimiz kök yaşayırıq.

Təəssüflə şahidi oluruq ki, gözlə görülməyən xırda bir hüceyrəyə, daha doğrusu hüceyrənin tərkibindəki RNT (Ribonuklein turşusu) hissəciyi olan koronavirusa qarşı ağ bayraq qaldırmışıq.

Vaz keçə bilməyəcəyimizi güman etdiyimiz hər şeyi təxirə salır, futbol oyunlarını, konsertləri, konfransları, teatrları, görüşləri, toyları, yasları ləğv edir, sərhədlərimizi bağlayırıq.

Burunlarından tük aldırmayan bəzi Avropa ölkələri özlərini karantin altına alır, küçələrə də çıxa bilmirlər (bilmirik).

Gözümüzlə görə bilmədiyimiz qədər kiçik bir RNT hissəciyi yeganə bir amin turşu əvəzləmələri dəyişən kimi bu hala düşdü.

Bu bilirsiniz nəyə oxşayır? Milyardlarla kilometr uzaqda bir nəfərin fışqırıq çalması nəticəsində yer kürəsində ölümcül qasırğanın ortaya çıxmasıdır. Yaxud nəhəng bir okeana düşən bircə damcının bütün suları işğal etməsi kimidir…Bu iş bu qədər sadədir.

Hazırda mövcud olan viruslardan bircəciyi kiçik bir mutasiya ilə dünyadakı bütün insanları 1-2 həftə ərzində infeksion proses nəticəsində həm yoluxa, həm də öldürə bilər. Bu çox sadə bir məsələdir.

Mütləq güc – qüdrət sahibi üçün…

Ey qürrələnib təkəbbürlənən insan!

Bircə virusluq canın, gücün var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...