Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Peyğəmbərimiz necə rəhbər olub?

Share Button

Son zamanlarda da “Aldus PageMarker” proqramının elektron versiyasında Lorem Ipsum qəliblərinə rast gəlmək olar.

O, ədalətli dövlət qurdu. Daim sülh tərəfdarı oldu. Lakin düşmənləri ona aman vermədi, o isə döyüşmək məcburiyətində qaldı. Onun qoyduğu müharibə hüququnun bənzəri dünyada olmadı. O, hər cəhətdən bəşəriyyətə nümunə oldu.

Bu sual müasir dünyada məzlumların qan ağladığı, qadın və uşaqların əzildiyi dünyada veriləcək çox mühüm sualdır.

YƏHUDİ və XRİSTİANLARI ÖZ HÜQUQLARI İLƏ İDARƏ ETDİ.

Peyğəmbərimiz Məkkədə bir dövlətin başında deyildi. O, müsəlman toplumunun önundə idi. Mədinəyə hicrət etdikdən sonra bir dövlətin rəhbəri oldu. Rəhbərlik etdiyi dövlətin topluluğunda yəhudilər, xristianlar və müsəlmanlar vardı. O, dövləti bunlarla birlikdə idarə etdi. Yəhudiləri öz hüquqları ilə idarə etdi, xristianları öz hüquqları ilə idarə etdi. Müsəlmanların hüququnu isə özünə vəhy gəldikcə tətbiq etdi. Peyğəmbərimizin Mədinədə ədalətli dövlət qurdu. Peyğəmbər qiyamətə qədər nümunəvi topluluq yaratdı.

ONUN DÖVLƏTİNDƏ ƏSAS MƏSƏLƏ ƏDALƏT İDİ

Peyğəmbərimiz bu üç ayrı topluluğu ədalətli şəkildə idarə etdi. Yəhudi və müsəlmanlar arasında hər hansı problem yarandıqda, müsəlman haqsız idisə, onun əleyhinə hökm verdi. Peyğəmbərin dövlətində əsas məsələ ədalət idi. Peyğəmbərimiz çox ədalətli dövlət qurmuşdu. O, öz qohumlarını digərləri qarşısında müdafiə etmir, yaxud Qüreyşi Ənsar qarşısında yüksək tutmurdu. Onun daim ədalət çərçivəsində işləri idarə etdiyini, qiyamətə qədər insanlara nümunə olacaq topluluq qoyduğunu görürük. Peyğəmbərimiz ehtiyac daxilində qurumlaşma siyasəti apardı, komandan təyin etdi və elçilər göndərdi.

EHTİYAC OLDUQCA QURUMLAŞMAĞA DOĞRU GETDİ

Peyğəmbərin dövləti o dövrün şərtləri daxilində bir dövlət idi. Bütün qurumları ilə öz yerini tutmuş dövlət deyildi. Çünki Muhəmməd (s) tarixlərində heç dövlət qurmamış topluluğun rəhbəri idi. O dövrün şərtlərinə görə müəyyən təşkilat işi həyata keçirdi. Cəmiyyətin ehtiyacı çərçivəsində qurumlaşmağa meyl etdi. Məsələn, komandan təyin etmiş, qazı göndərmiş, dövlətlərlə məktublaşmış, məktubların kimin olduğunun aydınlaşması üçün möhür hazırlatdırmışdır. Nəticədə 10 bin nəfərlik topluluq idi. Mədinədə əvvəl ümumi əhalinin onda biri müsəlman idi. Sonradan müsəlmanlar əksəriyyəti təşkil etdilər.

MƏDİNƏ SƏNƏDİ və YƏHUDİLƏR

Peyğəmbərimiz Mədinəyə hicrətdən sonra bir sənəd hazırlamışdır. Lakin bu sənəd hazırda bir çox çevrələr tərəfindən səhv qəbul edilir. Bu sənədin ümumi olaraq yəhudilərlə birlikdə yaşamaq üçün hazırlandığı bilinsə də, əvvəl hadisə belə baş vermədi. Əslində bu sənəd Məkkədən gələn mühacir müsəlmanlarla Mədinədəki Ənsar müsəlmanlar arasında olan münasibətləri nizamlamaq məqsədilə hazırlanmışdır. Bu sənədin 16 maddəsi vardır. 16-cı maddədən sonra yəhudilər mövzuya daxil olurlar. Hazırda əlimizdə olan nüsxədə 43 maddə var. Burada, yəhudilər hicrətin birinci ilində daxil olmuş, hansı yəhudi qəbiləsilə necə əlaqə yaradılacağı ilə bağlı maddələr yazılmışdır. Bu səbəbdən, həmin sənəd Mədinədə həm Mühacir və Ənsar münasibətlərini nizamlayan, həm də müsəlman və yəhudi münasibətlərini nizamlayan birgə yaşama formulunu əhatə edən anlaşma mətnidir. Bu, nümunəvi mətndir. Ondan dövrümüzdə gözəl nəticələr çıxarmalıyıq. Bu, sülh şəraitində yaşamağı, birgə müdafiə olunmağı və birgə diyetlər ödəməyi tövsiyə edən anlaşmadır. Anlaşmada hədlər və qadağan edilən bölgələr müəyyən olunmuşdur. Burada həddi pozanlara qarşı döyüşməyin zəruri olduğunu qeyd edən maddələr vardır. Hatta bu sazişə əsasən müsəlmanlar yəhudilərdən bəzən silah baxımından dəstək alıblar.

YƏHUDİLƏR ANLAŞMALARI SIRA İLƏ POZDULAR

Bu sülh dolu anlaşmanı yəhudilər sıra ilə pozdular. Onu əvvəl Bəni Kaynukalılar pozdu. Onlar pozmağa təşəbbüs göstərdikləri anda ayə nazil oldu və lazım olan cəzanın verilməsi əmr edildi. Beləliklə, Bəni Kaynukalılar Mədinədən sürgün edildilər. Daha sonra Peyğəmbəri öldürməyə təşəbbüs edən Bəni Nadirlər də Mədinədən sürgün edildilər. Hər pozuntudan sonra anlaşma yenilənsə də, yəhudilər yenə də onu pozdular. Sonuncu dəfə Xəndək döyüşü əsnasında müşriklərin bəzi bölgələrdən Mədinəyə daxil olmalarına icazə verərək müsəlmanları arxadan vurdular. Bu böyük xəyanət idi. Quranın ifadəsilə desək, müsəlmanların ürəklərinin ağızlarına gəldiyi və gözlərinin qorxudan fal daşı kimi açıldığı proses baş verdi. Bu cəzasız qoyulmamalı idi. Bu xəyanətdən sonra yəhudilər təslim olmuşdular. Muhəmməd peyğəmbər dövlət başçısı kimi ordu göndərdiyi zaman əsgərlərə döyüş əxlaqını xatırladıb. Bu müharibə hüququnun dünyada bənzəri olmayıb.

PEYĞƏMBƏRİN MÜHARİBƏ HÜQUQUNUN DÜNYADA BƏNZƏRİ YOXDUR

Peyğəmbərin müharibə hüququ, dünyaya nümunəvi müharibə hüququ olub dövrümüzə qədər də hələ buna bənzər hüquq olmayıb. Peyğəmbərimiz şimala doğru ilk ordu göndərərkən belə deyir: “Qadınları öldürməyin, uşaqları öldürməyin, ağacları kəsməyin, əkinləri yandırmayın, monastırda gizlənmiş rahiblər gördüyünüz zaman onlara toxunmayın, yalnız sizinlə döyüşənlərlə döyüşün”.  Belə bir müharibə hüququnu dünya hələ tətbiq edə bilmir. Bu, 1948-ci ildə İnsan Haqları Dünyəvi Bəyannaməsinə daxil edilsə də, tətbiq olunmadı. Dünyadakı zülmlərə diqqət edin. Ən büyük zərər qadınlar və uşaqlara qarşı edilir. Peyğəmbər belə bir müharibə hüququ gətirdi və tətbiq etdi. Ərəblərin döyüşlərdə yol verdiyi “muslə” (döyüşlərdə öldürülən şəxsin qulaqlarının, burnunun və başqa üzvlərinin kəsilməsi) əməlini qadağan etdi, təslim olanın öldürülməməsini bildirdi. Yalnız xəyanət edənlərin və döyüşdə şəxsən qılınc çəkib hücum edənlərin öldürülməsini əmr etdi. Peyğəmbər səhabələrə, çarəsiz qaldıqları zaman silahdan istifadə etməmələrini öyrətdi. Dünya hələ bu müharibə əxlaqına gəlib çatmayıb. Peyğəmbər sülhə əsaslanan mədəniyyət qurmaq istəyirdi, lakin müşriklərin buna imkan vermirdilər. Buna görə, döyüşmək məcburiyyətində qalmışdı.

SÜLHƏ ƏSASLANAN DÜNYA QURMAĞA ÇALIŞDI

Peyğəmbər çox qısa müddət ərzində sülhə əsaslanan dünya qurmağa çalışdı. Lakin daim sülh istəməsinə baxmayaraq, döyüşmək məcburiyyətində qaldı. Çünki düşmənləri ona imkan vermədi. Buna baxmayaraq o, sözlə, danışaraq, ürəkləri fəth edərək məqsədə doğru irəliləməyi öyrətdi. Lakin həddi aşanlara qarşı yerində sakit oturmadı, lazım olan qarşılığı verdi.

MƏRHƏMƏTİLƏ QƏLBLƏRİ FƏTH ETDİ

Peyğəmbər sülh mədəniyyəti yaratmaq istəsə də buna imkan vermədilər. Məkkəlilərə dəfələrlə saziş bağlamağı təklif etdi. Müşriklər ona qulaq asmadılar. Yalnız 6 ildən sonra qüreyşlilər masaya əyləşdilər. Qüreyşlilərə onu ərəblərlə baş-başa buraxmasını bildirsə də, bunu etmədilər. Bir-birinin ardınca 3 dəfə ordu göndərdilər. 6 ildən sonra Qüreyşi Hüdeybiyyə anlaşması ilə sülhə razı sala bildi. Nəhayət onun nə qədər mərhəmət sahibi olduğunu görən bütün ərəb qəbilələri qısa vaxt ərzində gəlib ona tabe oldular. Bu isə Peyğəmbərimizin böyük uğura imza atdığını göstərir.

QİYAMƏTƏ QƏDƏR NÜMUNƏ OLACAQ RƏHBƏR: MUHƏMMƏD (s)

Peyğəmbərimizin həyatında dünyəvi şəkildə qiyamətə qədər nümunə götürəcəyimiz şeylər vardır. Onun hər hadisədə məsləhətləşməyə əhəmiyyət verməsi, “mən hər şeyi bilirəm, siz qarışmayın” davranışını göstərməməsi, daim ayıq-sayıq olması, haqlı olduğu mövzuda inad göstərməsi, “qədərimizdə varsa görəcəyik” tərzində düşünməyib daim tədbir gösməsi, ən əsası isə ədalətli olması kimi nümunələr qiyamətə qədər alacağımız nümunələrdir.

Tərcümə: N. QURBANOV

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...