Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Xaç dünyası Qarabağ probleminin ədalətli həllinə imkan vermir, əgər versə…”

“Bu məsələdə ölkəmiz üçün yeganə başlıca əngəl xristian dünyasıdır”.

Rasim Balayev: “Ordumuz Ermənistanı bir neçə günə yox edər”.

“Bu gün Azərbaycanın güclü ordusu var və bu ordu bir neçə günə Ermənistanı yox edə bilər”.

Din.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli aktyor, xalq artisti Rasim Balayev bildirib. Onun sözlərinə görə, bu məsələdə ölkəmiz üçün yeganə başlıca əngəl xristian dünyası və onun Ermənistanın himayə edilməsinə yönəlik siyasətidir:

“Təəssüflər olsun ki, xaç dünyası Qarabağ probleminin həllinə imkan vermir. Baxmayaraq ki, onlar bilirlər ki, Qarabağ məsələsində Ermənistan haqsızdır. Torpaqları işğal edilən, təcavüzə məruz qalan tərəf Azərbaycandır. Lakin yenə də bizə öz haqqımızı bərpa etməyə imkan vermirlər.

Ölkə başçısı Qarabağ probleminin həlli üçün əlindən gələni edir. Ümid edirik ki, Azərbaycanın haqlı mövqeyi bir gün qalib gələcək və işğaldakı torpaqlarımızın azadlığına nail olacağıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...